Özbəkistanın qadınlardan ibarət tennis komandası ilk oyunu qələbə ilə başa vurub
Bakı, 12 may, Elvin Camalov, Ziyadxan Həsənov, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın komandaların tennis yarışının birinci günündə Azərbaycan millisi Özbəkistan yığmasına məğlub olub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışın ilk günündə Özbəkistanın qadınlardan ibarət komandası Azərbaycan yığmasını məğlub edib. Oyun zamanı Azərbaycanı Alina Qavriş, Özbəkistanı isə Komola Umarova təmsil edib.