Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünə yeni dünya yaratmaq üçün səyahətə başlayan Ahu ilə MÜSAHİBƏ

Özünə yeni dünya yaratmaq üçün səyahətə başlayan Ahu ilə  MÜSAHİBƏ

Bakı, 26 oktyabr, Fidan Əlizadə, AZƏRTAC

Hər bir ölkənin keçmişində dərin kökləri olan, zamanın gedişatında formalaşmış xüsusi adət-ənənələri vardır ki, bu da xalqın milli kimliyini və mədəni irsini əks etdirir. Tarixin dərinliklərində gizlənən bu adətləri tapmaq, onları anlamaq və öyrənmək yalnız bir bilik deyil, həm də böyük bir zövq mənbəyidir. Bu, sadəcə olaraq keçmişi başa düşmək üçün deyil, həm də insanların həyat tərzi, dəyərləri və inancları haqqında daha çox öyrənmək üçün bir fürsətdir.

Həmçinin müxtəlif mədəniyyətləri tanımaq insanın düşüncəsini genişləndirməyə və dünyagörüşünü zənginləşdirməyə imkan yaradır. Fərqli mədəniyyətlər arasında olan bənzərliklər və fərqliliklər insanın sosial şüurunu artırır, dünya haqqında daha geniş və obyektiv baxış formalaşdırır.

Okeanın o tayında da bir həyat var, orada fərqli yaşam tərzləri və dəyərlər mövcuddur. Səyahət bu fərqlilikləri kəşf edərək dünyagörüşünü genişləndirmək və yeni təcrübələr qazanmaq üçün əla bir vasitədir. Bu, sadəcə, yeni yerlər görməkdən ibarət deyil, həm də özünü daha dərindən tanımaq, daxili dünyanı kəşf etmək üçün bir yoldur. Səyahət edərkən insan təkcə məkanları deyil, eyni zamanda, öz sərhədlərini də aşır və bu, həyatın ən qiymətli təcrübələrindən birinə çevrilir.

Müsahibimiz dünyanın müxtəlif yerlərini səyahət edərək fərqli mədəniyyətləri və həyat tərzlərini kəşf edən, şəxsi inkişaf sahəsində insanlara yol göstərən, meditasiya bələdçisi kimi daxili sükunəti və zehni aydınlığı təşviq edən, eyni zamanda, musiqiçi və yutuber olaraq yaradıcılığını müxtəlif platformalarda paylaşan Ahu Kamranlıdır.

- Ahu xanım, necə oldu dünyanın kəşfinə çıxmağı qərara aldınız?

- Məndə bu fikir artıq yaşadığım dünyaya sığmadığımı hiss etdiyim anda yarandı. Bəlkə başqa yerlərdə, başqa insanların gözündə fərqli tərəflərimi görə bilər və özümə yeni bir dünya yarada bilərəm deyə ümid edərək yola çıxdım.

-Səyahətləriniz zamanı yaşadığınız ən gözlənilməz və ya təəccüblü bir anı paylaşa bilərsinizmi?

- Avtostop macərası ilə Kambocanın Siem Reap şəhərində Ankhor Wat məbədinə gedib çıxmışdım. Bura doqquz əsrə yaxın yaşı olan, dünyanın ən böyük məbəd ərazisi idi. Ərazidə kiçik və böyük ölçüdə bir neçə qədim tikili var idi. Mən oraya araşdırma etmədən, yolda qarşıma çıxan insanlardan eşidərək gedib çıxmışdım. Xülasə, məbədləri gəzə-gəzə yutub kanalım üçün aradabir kiçik kadrlar çəkirdim. Sonra elə bir qədim binanın ərazisinə gəlib çatdım ki, təəccübdən donub qaldım, əsrlərlə yaşı olan nəhəng bir ağac budaqları ilə qədim məbəd binasının üstünü sarmışdı. Çox heyrətləndim. Sonra fərqinə vardım ki, buranın kənarda dayanan mühafizəçisi dəfələrlə məni çağırırmış. Eşidirdim, lakin cavab verə bilmirdim. Məhz o yerdən nə şəkil, nə də videogörüntüm yoxdur. Bu, mənim üçün gözlənilməz an idi və çox təəccüblü bir xatirə kimi qalıb.

-Hansı ölkəni ruhunuza daha çox yaxın hiss edirsiniz və bunun səbəbləri nələrdir?

- Ölkələr və sərhədlər anlayışının ildən-ilə, əsrdən-əsrə dəyişə bildiyinin fərqinə bir neçə ölkə gəzdikdən sonra daha dərindən vardım. Hər nə qədər sərhədlərə sığsaq da, sərhədsizik. Artıq dünyanı evim kimi hiss edirəm. Yaşamağa gəlincə isə, indi Tailandın bir adasında yaşayıram. Buranı həm fiziki sağlamlığıma, həm mənəvi dünyamın zənginləşməyinə və bu vəsilə ilə yaradıcılığıma müsbət yöndə təsir etdiyi üçün seçmişəm. Burada daha uzun müddət qalmağı düşünürəm.

-Reallaşdırmaq istədiyiniz daha hansı xəyallarınız var?

- Mən mövcud anı yaşamağı seçdiyim üçün həyata keçirmək istədiyim xüsusi arzu yoxdur, məmnunam. Bu dalğada qala bildiyim müddətdə ola biləcək bütün ehtimallara açıq vəziyyətdə, sadəcə, sevdiyim məşğuliyyətləri edirəm. Artıq xəyallarımı yaşadığım dönəmdəyəm.

-Sizcə həyatda müəyyən istəklərə nail olmaq üçün necə bir yaşam planı tərtib etmək lazımdır?

- Fikrimcə, istəklər üzərindən yaşam planı tərtib etmək asandır, bunu hazırda “Chat GPT” də edir. Belə ki, xəyallarını proqrama yazırsan, o da sənin üçün meta dünyasında süni həyat dizayn edir. Bəzən istəklər üzərindən planlaşdırılan həyat da eyni belədir. Bir də var əcdadlarımızın yaşadığı həyat. Sadəcə, maddədən ibarət olmayan, mənanın da qarışaraq bir balans yaratdığı, ruhun işin içinə girdiyi və vəziyyəti tamamilə dəyişdirdiyi, təbiətin, torpağın, digər yaşayan heyvanların, bitkilərin, canlıların, ulduzların, kosmosun, kainatın, enerjinin fərqinə vararaq yaşadığın bir həyat. O zaman istəklər olmur və həyatın özü öz axarını tapır, sən, sadəcə, aradabir yön tətbiq edirsən, digər var olan və yaşayan bütün varlıqlar kimi həyatını yaşayırsan.

-Həyat tərzinizin əhəmiyyətli bir hissəsini bloq hesabınızdan insanlarla bölüşdüyünüzü nəzərə alsaq, bu, sizi yormur?

- Əslində, bloquma yaradıcılıq kimi yanaşıram. Çünki uşaqlıqdan bununla əylənirdim. Musiqiləri dinləyərək, onlara xəyalımda görüntülər yaradırdım, nağıllar və şeirlər yazırdım. Sanki insanlar oturub saatlarla məni dinləyirmiş kimi danışırdım. Sonra araya məktəb və universitet zamanları girdi, başım onlara qarışdı, adətlərimdən uzaqlaşdım. Sonra bir gün yenidən bu sevdiyim quraşdırmanı öz kanalım üçün tərtib etməyə başladım. Hər nə qədər müsbət yanaşmağa çalışsam da, sosial şəbəkədir. Təbii ki, telefondan uzaqda yaşanan həyat daha ləzzətlidir. Sanırdım ki, bütün yaradıcılıq fəaliyyətlərimi elə internet üzərindən reallaşdırmalıyam. Sonradan anladım ki, bunun xaricində də edə bildiyim nələrsə var. Beləcə Handpan ifa etməyi, rəsm çəkməyi, daşlardan və misdən əl işləri yaratmağı öyrəndim. Elə günlər olur ki, internetə heç qoşulmuram və telefonumu yanıma almıram. Beləcə bir balans yaratdığıma inanıram.

-Nə deməkdir “holisapiens”?

- Holisapiens “nickname”ni Holistika və Psixologiya elminin dərinliyinə daldığım zamanlar yaratmışdım. Təxminən dörd il bundan əvvəl. Holi - Holistik, - bütünə xidmət edən mənasını verir, - kəlməsinin qısaldılmış formasıdır. Sapiens isə hərfi mənası ilə müdrik insan deyə tərcümə olunur. O dövrlər müdrikliyin arxasınca qaçırdım. Bu iki kəlməni birləşdirdikdə bütünə xidmət göstərən bilgili insan mənasını ifadə edir. Həmin dövrlərdə niyyətim öyrəndiklərimi daha asan və anlaşılan dillə insanlara da ötürə bilmək və həyatlarının hər hansı bir hissəsində inkişaflarına dəstək olmaq idi. Çünki beləliklə özüm də öyrənirdim.

-Ahu xanım, həyatınızda uğurlar diləyirəm! Müsahibə üçün bir daha təşəkkürlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub