PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Pakistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimizin hərtərəfli əməkdaşlığı birgə səylərimiz sayəsində daim öz miqyasını genişləndirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, qardaş Pakistan xalqına sabitlik və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]