PAKİSTAN JURNALI AZƏRBAYCANDAN BƏHS EDİR
Jurnalın üz qabığında “Azərbaycandan məhəbbətlə” rubrikası
altında dövlətimizin başçısı İlham Əliyevin fotoşəkli verilmişdir.
Ölkəmizin hazırkı inkişafından bəhs edən “Azərbaycan – sülh və tərəqqi
yolunda” sərlövhəli geniş məqalədə ümummilli liderimiz,
müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyətinə
geniş yer verilir, onun vəfatının respublikamız üçün böyük itki olduğu
bildirilir. Eyni zamanda, xalqımızın İlham Əliyevə səs verməklə ən doğru
addım atması və ölkəmizdə Heydər Əliyevin siyasətinin uğurla davam
etdiriləcəyinə inam olması vurğulanır.
Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətlinin “Doğma evdəki
kimi” müsahibəsində ölkəmizin daxili və xarici siyasətinin öncül
istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və sair məsələlər barədə suallara ətraflı cavab verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]