Pakistan parlamentinin sədri: Azərbaycana dəstəyimiz hər zaman davam edəcək
Moskva, 19 aprel, AZƏRTAC
Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın.
Bu fikri Moskvada keçirilən Avrasiya parlament sədrlərinin birinci müşavirəsində iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
O qeyd edib ki, ölkəsi bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: “Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq”, - deyə parlamentin sədri əlavə edib.
Sərdar Ayaz Sadiq vurğulayıb ki, Pakistan Ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Amma hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]