PAKİSTAN PREZİDENTİNİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ
Yanvarın 20-də Pakistanın dövlət başçısı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edərək, əklil qoymuşdur.
Elə həmin gün Çankaya köşkündə Türkiyə və Pakistan prezidentlərinin görüşü keçirilmişdir.
Sonra Türkiyə Böyük Millət Məclisinə gələn Pakistan prezidenti Pərviz Müşərrəf millət vəkilləri ilə görüşmüş, iki ölkə arasındakı siyasi, iqtisadi, ticari və mədəni əməkdaşlıqdan, bu əlaqələrin inkişaf perspektivlərindən danışmışdır.
Yanvarın 20-də Pakistan prezidenti Pərviz Müşərrəf Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul etmişdir. Söhbət zamanı dünyada və regionda vəziyyət, iki ölkə arasındakı münasibətlər, beynəlxalq terrorizm ilə mübarizə haqqında fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilmişdir.
Yanvarın 20-də axşam Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər pakistanlı həmkarının şərəfinə Çankaya iqamətgahında ziyafət vermişdir.