Pakistan təhlükəsizlik qüvvələri 22 silahlını zərərsizləşdirib
Bakı, 25 noyabr, AZƏRTAC
Pakistanın təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatı əsasında keçirdiyi əməliyyat zamanı silahlı dəstənin 22 üzvünü zərərsizləşdirib.
AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, əməliyyat ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətinin Bannu rayonunda keçirilib. Pakistan ordusunun açıqlamasında deyilir ki, təhlükəsizlik qüvvələri yaraqlıların sığınacağına atəş açıb və intensiv atışma nəticəsində dəstə üzvləri məhv edilib.
Pakistanın Baş naziri Şahbaz Şərif təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatını alqışlayıb və dövlətin terrorizmə qarşı mübarizəsinin davam edəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]