PAKİSTANDA 26 YAŞLI KİŞİ ZƏLZƏLƏDƏN 22 GÜN SONRA XİLAS EDİLMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Pakistanda oktyabrın 8-də baş vermiş zəlzələdən 22 gün sonra uçuqların altından 26 yaşlı kişi xilas edilərək xəstəxanaya çatdırılmışdır. Həkimlərin dediyinə görə, oktyabrın 29-da hərbçilərin Bəttaqram mahalının Qaqval kəndində uçuqların altından çıxardıqları Səid Rəhman susuzluq və aclıqdan huşunu itirsə də, onun həyatı təhlükə qarşısında deyildir. Səidin səhhətini tam bərpa etmək üçün iki ay vaxt tələb olunur.
Xatırladaq ki, Pakistanda və Hindistanda oktyabrın 8-də baş vermiş viranedici zəlzələ nəticəsində 80 minə yaxın adam həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]