Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb
Bakı, 31 mart, AZƏRTAC
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzadın sözlərinə görə, əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.
Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib. Əyalətdə daşqın və damın uçması nəticəsində 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb: “Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır”.
Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi yolların bağlandığını açıqlayıb.
Qeyd edək ki, martın 2-də Hayber-Paxtunxva əyalətində leysan yağışlar nəticəsində bəzi evlərin damlarının uçması, bəzi evlərin sürüşmə nəticəsində torpaq altında qalması 30 nəfərin həyatına son qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]