Pakistanda iki qatarın toqquşması nəticəsində 32 nəfər həlak olub
Bakı, 7 iyun, AZƏRTAC
Bu gün Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 32 nəfər həlak olub, 64 nəfər yaralanıb.
AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, qəza Sind əyalətinin Qotki şəhəri yaxınlığında baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb.
Polisin nümayəndəsi bildirib ki, yerli sakinlər, xilasedicilər və polis əməkdaşları yaralıları və həlak olanların cəsədlərini yaxınlıqdakı xəstəxanalara çatdırırlar.
Hazırda xilasetmə əməliyyatları davam etdirilir. Qəzanın səbəbi hələlik açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]