PAKİSTANDA ZƏLZƏLƏ QURBANLARININ SAYI 200 MİN NƏFƏRİ KEÇƏ BİLƏR
Kəşmirin Pakistan hissəsində onlarca yaşayış məntəqəsi dağılmışdır. Qəzet yazır ki, təkcə Müzəffərabadda həlak olanların sayı 20 min nəfəri keçə bilər. Bir vaxtlar gözəlliyi ilə insanı heyran qoyan Baqh (bağ deməkdir) şəhəri tamamilə dağılmışdır. Burada 70 mindən çox adam yaşayırdı.
Xilasedicilər zərər çəkmiş bir sıra bölgələrə hələ də gedə bilmirlər. Kaqhan vadisindəki kəndlər neçə gündür kömək gözləyir - oraya gedən yolları torpaq sürüşmələri və uçqunlar basmışdır. Buldozerlər və digər texnika isə çatışmır.
“Neyşn” qəzeti Pakistan ordusu mətbuat xidmətinin rəhbəri general Şövkət Sultana istinadla yazır ki, təxminən 5 milyon insan evsiz qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]