Pakistanın şimalında daşqın təhlükəsinə görə 100 mindən çox insan təxliyə edilib
Bakı, 27 avqust, AZƏRTAC
Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışlar səbəbi ilə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar bölgədən 100 mindən çox insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz Anadolu agentliyinə bildirib.
Qeyd edilib ki, bu ilin iyul ayının 9-dan bəri Kasur, Pakpattan, Vehari, Bahavalnagar, Lodhran, Multan və Bahavalpurun şimal bölgələrindən 100 mindən çox insan təxliyə edilib.
Məlumata görə, həmin tarixdən bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.
Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları “son 35 ilin ən dəhşətlisi” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]