PAKİSTANLI MÜSƏLMAN UKRAYNADA KƏND SOVETİNİN SƏDRİ SEÇİLMİŞDİR
“İlk öncə analizlər toplanmalı, diaqnoz qoyulmalı və yalnız bundan sonra sosial problemlərin müalicəsinə, yaxud cərrahiyyə yolu ilə aradan qaldırılmasına başlanmalıdır,”- deyən pakistanlı həkim kəndin imkanlı sakinlərini Malaya Lepetixadakı xəstəxananı öz hesablarına təmir etmək üçün yola gətirmişdir.
Gövhər Əli Şah Ukrayna və rus dillərini pis bilməsinə baxmayaraq, seçkilərdə o, rayonda hörmət edilən adamlara qalib gəlməyə müvəffəq olmuşdur. Bədxahlar isə şayiələr yaymışlar ki, guya həkim bütün kəndi “hipnoz” etmişdir.