PAMBIQ TARLALARINDA İKİNCİ KOMPLEKS BECƏRMƏ İŞLƏRİ BAŞA ÇATDIRILIR
Ucar rayonunda pambıqçılığın inkişafı ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indi rayonda 120 nəfərdən çox torpaq mülkiyyətçisi pambıqçılıqla məşğul olur. Bu il sahibkarlar 1501 hektar sahədə pambıq yetişdirirlər.
Hazırda sahələrin ikinci kompleks becərilməsi işləri aparılır və bu mühüm tədbir yaxın günlərdə başa çatdırılacaqdır. Yuxarı Şilyan, Lək, Şahlı, Xalac və digər ərazilərdə sahələr gələcək bol məhsuldan xəbər verir. Mütəxəssislərin qənaətinə görə, cari ildə rayonda azı 2000 tonadək pambıq istehsal ediləcəyi gözlənilir. Bu isə keçən ildəkindən 500 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]