“Paris-2024”: Azərbaycan badmintonçusu növbəti görüşünü keçirib
Paris, Elnur Salahov, 29 iyul, AZƏRTAC
Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, N qrupunda yer alan idmançı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Gilmurla qarşılaşıb.
Rəqibinə hər iki setdə məğlub olan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb - 0:2 (13:21, 11:21). O, ilk görüşündə dünya reytinqinin ilk “onluğ”unda qərarlaşan Çin idmançısına uduzub – 0:2 (21:8, 21:7).
Qeyd edək ki, olimpiadada badminton yarışları iyulun 27-dən avqustun 5-dək təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]