“Paris-2024”: Boks üzrə çəki dərəcələrində dəyişiklik təsdiqlənib
Bakı, 2 aprel, AZƏRTAC
Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsi verib. Yeni qərara əsasən, 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Olimpiya Oyunların proqramında çəki dərəcələri müəyyənləşib. Belə ki, növbəti Olimpiadada kişi boksçular 8 deyil, 7 (51 kq, 57 kq, 63,5 kq, 71 kq, 80 kq, 92 kq, +92 kq) kiloqram çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Əvəzində qadın idmançılarda 1 çəki dərəcəsi artırılaraq 6-ya çatdırılıb. Belə ki, qadınlar arasında 50, 54, 57, 60, 66, 75 kiloqram çəki dərəcələri üzrə yarışlar təşkil ediləcək.
Nəticədə, kişilər kimi, qadın idmançılar da olimpiadada 124 boksçu ilə təmsil olunacaqlar. Bununla da, boksun tarixində Olimpiya Oyunlarında ilk dəfə gender bərabərliyi təmin olunub.
Fransa paytaxtında medal dəstlərinin ümumi sayında isə dəyişiklik edilməyib. Belə ki, ümumilikdə 13 dəst mükafat sahibini tapacaq.
Qeyd edək ki, Paris Olimpiadası 2024-cü ilin iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]