“Paris-2024” Paralimpiya Oyunlarının açılış mərasimi Konkord meydanında keçiriləcək
Paris, 20 oktyabr, AZƏRTAC
“Paris-2024” Paralimpiya Oyunlarının (28 avqust-8 sentyabr 2024) açılış mərasiminin planı bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Paris-2024” Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin (COJOP) rəhbərliyi Paralimpiya Oyunlarının açılış mərasiminin Konkord meydanında keçiriləcəyini elan edib.
Bildirilib ki, açılış mərasimi Paralimpiya Oyunlarının ambisiyalarını göstərmək üçün xüsusi bir məqamdır və bu mərasim Konkord meydanında təşkil edildiyindən Yelisey Çölləri prospektinin bir hissəsini də əhatə edəcək.
Paralimpiya Oyunlarının açılış mərasimini 65 min tamaşaçı izləyə biləcək ki, onlardan 35 mininə ödənişli oturacaq yerləri quraşdırılacaq. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyə biləcək. Sena çayının sahillərində açılış mərasimini izləmək üçün böyük ekranlar yerləşdiriləcəyi bildirilir.
Xatırladaq ki, “Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi isə Sena çayı boyunca xüsusi paradın keçirilməsi ilə baş tutacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]