Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə fransız rəssamının “Xocalı gecəsi” sərgisinin vernisajı keçirilmişdir

Paris, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Parisdəki Azərbaycan Mədəniyyəti Mərkəzində Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət “Xocalı faciəsi” sərgisinin vernisajı keçirilmişdir. Sərgidə rəsm əsərləri ilə yanaşı, qanlı faciə ilə bağlı fotolar da nümayiş etdirilmişdir.

Tədbirin açılış mərasimində Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sərgidə qonaqları salamlayan səfir Elçin Əmirbəyov fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciənin bütün azərbaycanlıların xatirəsindən heç vaxt silinməyəcəyini, bütün dünyanın 21 il əvvəl erməni silahlı dəstələrinin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklə bağlı Qarabağdan gələn xəbərlərdən şoka düşdüklərini diqqətə çəkmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində törədilən soyqırımı barədə bu günədək fransız ictimaiyyəti üçün naməlum qaldığını bildirmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan ölkəmizin tarixi ərazisinin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını ata-baba yurdlarından silah gücünə çıxarmışdır. 1992-ci ildə bəşəriyyətə qarşı yönələn və silahsız Xocalı sakinlərinə qəddarcasına divan tutan silahlı erməni dəstələrinə rəhbərlik edən Serj Sərkisyan bu gün Ermənistan prezidenti kürsüsündə əyləşmişdir. Xocalıya qarşı soyqırımı aktını törədənlər ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Beynəlxalq ictimaiyyət buna siyasi qiymət verməlidir. Xocalı soyqırımı heç zaman unudulmayacaqdır.

2008-ci ildən etibarən “Xocalıya Ədalət!” kampaniyasının keçirildiyini xatırladan səfir ədalətin zəfər çalması üçün minlərlə insanın bu kampaniyaya qoşulduğunu, bu soyqırımın tanımasının Xocalı qurbanlarının xatirəsinin anılması ilə yanaşı, gələcək nəsildə ümid yaradılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Bu faciəvi hadisələrin Meksika, Pakistan və digər ölkələr tərəfindən soyqırımı kimi tanındığını diqqətə çəkən E.Əmirbəyov Amerikanın bir çox ştatlarının Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırımı kimi dəyərləndirdiklərini vurğulamış, fransız siyasətçiləri tərəfindən Xocalı hadisələrinin soyqırımı kimi tanınacağına ümidvar olduğunu bəyan etmişdir.

Səfir həyatdan vaxtsız gedən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə əməkdaşı Hüq Baltzinjerin Azərbaycanı Fransada tanıtmaq istəyinin qardaşı Reno Baltzinjerin tərəfindən davam etdirildiyini vurğulamışdır.

Fransada işgüzar səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov demişdir: Bu gün Azərbaycan xalqının ən hüznlü, ən ağrılı günüdür. Tariximizin ən qanlı səhifələrindən biridir. Fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanda faciə törətmiş, Xocalı şəhərini yerlə-yeksan etmişlər.

Dünyada baş verən soyqırımları ilə müqayisədə Xocalı faciəsi ən dəhşətlisidir. Faciə zamanı Xocalının 613 dinc sakini amansızlıqla qətlə yetirilmiş, minlərlə insan əsir və girov götürülmüş, xeyli Xocalı sakini itkin düşmüşdür. Qətlə yetirilənlər arasında çoxlu sayda qadın, uşaq və qoca olmuşdur. Yüzlərlə uşaq yetim qalmışdır.

Xatırladım ki, bu ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildir. XX əsrdə ermənilər azərbaycanlılara qarşı dörd dəfə - 1905-1907-ci, 1918-1920-ci illərdə, 1940-cı ilin sonlarında və nəhayət əsrin sonunda xalqımıza qarşı soyqırımı təşkil etmişlər.

Azərbaycanın bəzi üzdəniraq rəhbərləri ilk vaxtlar Xocalı faciəsini xalqdan gizlətməyə, onu inkar etməyə səy göstərmiş, faciə zamanı bir neçə nəfərin yaralandığı və bir neçə nəfərin isə həlak olduğu barədə yalan məlumatlar yaymışlar. Lakin sonradan bu həqiqəti xalqdan gizlətmək mümkün olmamışdır. Soyqırımına xalqın təkidi və istəyi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin dövründə hüquqi və siyasi qiymət verilmişdir.

Bu gün Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində ciddi tədbirlər görülür.

Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsil, səhiyyə, mədəniyyət ekologiya və s. sahələrə xüsusi qayğı göstərilməklə yanaşı, bu məsləyə də çox ciddi yanaşılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif ölkələrində keçirilir və Xocalı faciəsini beynəlxalq ictimaiyyətə çatdırılır.

Düzgün mövqe tutmayan Ermənistan rəhbərliyi Xocalıda qeyri-qanuni hava limanını tikib istifadəyə vermək istəyir. Azərbaycan tərəfi beynəlxalq normalara tamamilə zidd olan hava limanından istifadəyə heç vaxt razı ola bilməz.

Əminəm ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq və yaxın zamanlarda bu mədəniyyət mərkəzində Dağlıq Qarabağın azadlığını bayram kimi qeyd edəcək və acılı günlərimizi yaddan çıxaracağıq.

Senator Natali Qule çıxışında Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondu və Azərbaycan parlamenti ilə birlikdə çalışdığını, Senatda Fransa-Qafqaz Dostluq qrupunun vitse -prezidenti kimi fəaliyyət göstərdiyini, dəfələrlə ölkəmizə səfər etdiyini bildirmiş, Azərbaycan tarixini və mədəniyyətini tanıtmağın vacibliyini diqqətə çatdırmışdır.

Ermənilərin Xocalı hava limanını açmaqla növbəti təxribata əl atmaları ilə bağlı Senatda çıxış etdiyini xatırlatmış, Xocalı faciəsinin ümumbəşəri bir faciə olduğunu bildirmişdir.

Sorbon Universitetinin doktorantı Leyla Cəfərova rəssam Reno Baltzinjerin Azərbaycanın Fransadakı səfirliyində işləmiş qardaşının ölkəmizi, xalqımızı, mədəniyyətimizi hədsiz sevdiyini diqqətə çəkmiş, qardaşının Azərbaycanı Fransada tanıtmaq istəyini yerinə yetirən rəssamın Xocalı faciəsi ilə bağlı rəsm əsərləri üzərində necə işləməsindən bəhs etmişdir.

Rəssam Reno Baltzinjerin sərgidə nümayiş etdirilən tablolar üzərində iki il işlədiyini, hər bir portretin rəng seçiminə ciddi yanaşdığını, tablolardakı qırmızı rəngin Xocalı faciəsi zamanı həlak olanların rəmzi qanı fonunda verdiyini, Xocalı gecəsini öz rəsm əsərlərində canlandıran ilk fransız rəssamı olmasından məmnunluq hissi keçirdiyini diqqətə çatdırmış, sərginin nümayiş etdirilməsinə yardım göstərən Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO