Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdən göndərilən teleqram və onun doğurduğu böyük sevinc

Gəncə, 1 fevral, Rauf Hacıyev, AZƏRTAC

1920-ci il yanvarın 13-də yenicə fəaliyyətə başlayan Gəncə radiostansiyası Fransanın məşhur Eyfel qülləsinə qoşulmuşdu. Hər kəs böyük həyəcanla oradan eşidiləcək ilk xəbərin həyəcanını yaşayırdı. Çox çəkmədən Əlimərdan bəy Topçubaşov Parisdən Azərbaycan xalqına müraciət edərək Cümhuriyyətin Paris sülh konfransında tanındığını xəbər verdi. Əlimərdan bəyin bu teleqramından əvvəlcə Gəncə, sonra isə bütün Azərbaycan xəbər tutdu və hər yerdə böyük sevinc yaşandı.

AMEA Gəncə Bölməsinin Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Həsənbala Sadıqov AZƏRTAC-ın bölgə müxbirinə həmin tarixi hadisə və onun doğurduğu əks-səda barədə danışıb.

Həsənbala Sadıqov bildirib ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə böyük nümayəndə heyəti getmişdi. Əsas məqsəd yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətini dünya birliyinə tanıtmaq idi. Bu səylər hədər getmədi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurasında Azərbaycanın milli müstəqilliyinin tanınması barədə qərar qəbul olundu. Yanvarın 12-də bu mühüm tarixi sənəd onlarca ölkədən nümayəndələrin iştirak etdiyi nüfuzlu toplantıda elan olundu. Bununla da Azərbaycan müstəqil dünya dövlətləri cərgəsinə qoşuldu. Azərbaycan Xalq Cümhuriyyəti isə demokratizm və parlamentarizm ənənəsinə böyük önəm verən ölkə kimi sivil dünya ailəsinin bir üzvünə çevrildi.

Həmin hadisədən bir gün sonra Əlimərdan bəy Topçubaşov müstəqil dövlətimizin bütün dünyaya tanınması xəbərini Parisdən Gəncə radiostansiyası vasitəsilə çatdıraraq, xalqımıza təbrik teleqramı ünvanladı.

Tarix elmləri doktoru qeyd edib ki, həmin günlərdə bu xoş xəbərin Gəncədə əhali, xüsusən ziyalılar arasında necə böyük sevinclə qarşılandığını o dövrün mətbuatından və arxiv sənədlərindən aydın görmək mümkündür. 1920-ci il yanvarın 22-də dövri mətbuatda dərc edilən “Gəncədə İstiqlal bayramı” adlı məqalədə belə yazılmışdı: “Yanvarın 13-də Gəncə şəhərində xəbər yayıldı ki, Azərbaycanın istiqlalı Ali Şura tərəfindən təsdiq edilmişdir. Bu xəbərə görə hər kəs bir-birini təbrik edirdi. Bütün şəhər sevinirdi. Şəhər idarəsi, firqələr, ittifaqlar sabahkı günün hazırlıqları ilə məşğul oldular. Bələdiyyə idarəsi bütün firqə nümayəndələrindən ibarət bir şura dəvət edib, bayramın tərzinə aid məsələləri həll etdi”.

Həmin axşam Gəncədə fövqəladə iclas oldu və səhəri gün keçiriləcək İstiqlal bayramının hazırlıq işləri görüldü.

Bu barədə xəbər verən qəzetlərdən biri həmin günü belə təsvir edirdi: “Yanvarın 14-də Gəncədə çox az görünmüş günlərdən idi. Səhər saat doqquzdan etibarən bəzənmiş küçələrdə izdiham gözə çarpmaqda idi. Dükanlar və küçələr xalılar, bayraqlar ilə bəzənmişdi. Şah Abbas məscidində bayraq sancılmadığı yer qalmamışdı.

“Müsavat”ın, “İttihad”ın və Sənətkarlar İttifaqının dəstələri birinci nitqlərini Şəhidlər məzarında söyləmiş, şəhəri musiqi, davul, zurna ilə dolaşmağa başlamışdılar”.

İstiqlal bayramının təntənəsini bütün təfərrüatı ilə təsvir edən dövri mətbuat həmin gün keçirilən mərasimlərə də geniş yer ayırmışdı: “İstiqlal bayramını bütün mənası ilə dərk edən Gəncə xalqı burada dəfn olunan Osmanlı şəhidlərini ziyarət etdikdən sonra məscidə toplandı. Orada dua etdikdən sonra Səfikürdlü Ağalar və Gəncə Sənətkarlar İttifaqının sədri Məşədi Yusif Fərəzxanov, “Müsavat” firqəsi tərəfindən Cavad Axundzadə ilə sevgili ədibimiz Köçərli Firidun bəy əfəndi nitq söylədilər.

Saat 12-də bütün dəstələr cavan ordumuzun rəsmi keçidini hürriyyət meydanında seyr etdilər. Saat 1-də Gəncə Bələdiyyə idarəsinin fövqəladə iclası oldu. Gəncə valisi Xudadat bəy Rəfibəyli cənabları əvvəl rusca, sonra türkcə hökumət tərəfindən gələn rəsmi teleqrafı oxudu. Bu sevincli teleqraf sürəkli alqışlarla qarşılandı. Axundzadə Cavad, Səfikürdlü Ağalar bəy, Məşədi Yusif Fərəzxanaov, Xuluflu Vəli və möhtərəm Firidun bəy əfəndi tərəfindən coşqun nitqlər söylənildi”.

Həsənbala Sadıqovun sözlərinə görə, bütün günboyu İstiqlal bayramının şəhərin ayrı-ayrı yerlərində davam etdiyindən xəbər verən dövri mətbuat həmin gün bir sıra xeyriyyə aksiyalarının keçirildiyini, şəhər əhalisinin böyük qürurla ziyarət etdiyi məkanların adını da yazırdı. Yazılmışdı ki, iştirakçılara çay verilib şirniyyat paylanıldı. Qubernator təbrikə gəlmiş heyətləri qəbul etdi. Gecə yarısına qədər şənliklər keçirildi. Bu xoş günün şərəfinə müsəlman xeyriyyə cəmiyyəti Gəncə füqərasına yüz min manat ianə etdi. Gəncə Bələdiyyə idarəsi ikinci Aleksandrın adı qoyulmuş şəhər bağçasına İstiqlal günü adı verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO