PARTİYA ÜZVLƏRİ TƏŞKİLATIN FƏALİYYƏTİNİ MÜZAKİRƏ EDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 800 üzvünü özündə birləşdirən Azərbaycan DRES təşkilatında son iki ilin yekunları müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Özünütənqid, aşkarlıq, demokratiya şəraitində keçən toplantıdan sonra partiya sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri verilmiş, ümummilli liderimiz Heydər Əliyevin muzeyinə baxış keçirilmişdir.