PARTLAYICI OYUNCAQLAR TİCARƏT OBYEKTLƏRİNDƏN MÜSADİRƏ EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları Nizami, Yasamal və Xətai rayonu ərazisindəki ticarət obyektlərindən 4 min 740 ədəd yüksək səsyayma qabiliyyətinə malik partlayıcı oyuncaq aşkar edərək götürmüşlər.