DÜNYA
Paşinyan müxalifəti parlamentə hücum cəhdində günahlandırıb
Bakı, 13 iyun, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyan dünən gecə parlament binası qarşısında baş verən toqquşmalar zamanı polisin hərəkətlərini proporsional adlandırıb və müxalifəti ölkənin qanunverici orqanına hücum cəhdində günahlandırıb.
AZƏRTAC xəbər verir ki, Paşinyan bu fikirləri parlamentdə çıxışı zamanı səsləndirib.
“Polisin reaksiyası qanuni və peşəkar idi, bütün belə hallarda polis eyni cür hərəkət edəcək. Etirazçılar polis kartonunu güclə yararaq parlamentə hücum etməyə cəhd göstərib. Polis Ermənistanın qanunverici orqanını, Ermənistan dövlətçiliyini müdafiə edib”, - deyə o bildirib.
Xatırladaq ki, çərşənbə günü axşam saatlarında Ermənistan parlamentinin binası önündə baş verən toqquşmalarda 100-dən çox insan yaralanıb. Polis baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarına qarşı səs qumbaralarından istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]
Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib
- 01.07.2024 [17:10]