Payız mövsümündə Balakəndə 3 min ağac əkiləcək
Balakən, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində başlanan ağacəkmə aksiyasına balakənlilər də fəal qoşulublar. Ağacəkmə aksiyası zamanı Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex, Gərəkli və Qullar kəndlərindən keçən hissələrində 780 ədəd həmişəyaşıl şam ağacı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində, ümumilikdə, 3 min ədəd şam ağacının əkilməsi nəzərdə tutulur.