Paytaxt sakinindən bir kiloqramdan çox narkotik maddə götürülüb
Bakı, 11 mart, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Şirinov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasamal rayonu ərazisində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 10 qrama yaxın heroin və 5 qramadək metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə də baxış keçirilib. Avtomobildən əlavə olaraq 1 kiloqram 29 qram heroin, 375 qram metamfetamin və elektron tərəzi götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]