Paytaxt sakininin avtomobilindən dörd kiloqramdan çox tiryək aşkar edilərək götürülüb
Bakı, 19 aprel, AZƏRTAC
Paytaxt sakininin avtomobilindən dörd kiloqramdan çox tiryək aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 17-də Hacıqabul rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda Bakı şəhər sakini X.Nadirovun idarə etdiyi “Opel” markalı avtomobil saxlanılıb və sərnişini - Hacıqabul şəhər sakini R.İbrahimovla birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Avtomobilə baxış zamanı oradan R.İbrahimova məxsus 4 kiloqram 180 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]