Paytaxt sakininin qətlə yetirilməsi ilə əlaqədar cinayət işi başlanıb
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İtkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində ekshumasiya edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb və Beyləqan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]