Paytaxt üzrə bağçalara qəbul başlanır
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbula başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bağça seçiminə 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-dən, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-dən etibarən start veriləcək.
Bildiririk ki, qeyd edilən boş yerlər üzrə növbələr 5 gün keçdikdən sonra sorğuya çevriləcək.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]