PAYTAXTDA 54 AVTOXULİQAN SAXLANILMIŞDIR
İdarənin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, fevralın 1-dən 19-dək Bakı şəhərində 54 avtoxuliqan saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən tədbir görülməsi üçün müvafiq polis idarə və bölmələrinə təhvil verilmişdir.