Paytaxtda oğurluq edən dörd nəfər saxlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6 min manat pul və 3 min 600 manat dəyərində mobil telefon oğurlayıblar. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində talama cinayətlərini törətməkdə şübhəli bilinən 38 yaşlı H.Əliyev və 42 yaşlı A.Fərəcullayeva müəyyən olunaraq saxlanılıblar.
Nizami rayonunda isə ticarət mərkəzlərinin birindən qızıl üzük, eləcə də avtomobildən 500 manat nağd pul oğurlamaqda şübhəli bilinən 54 yaşlı Ç.Babayeva və əvvəllər məhkum edilmiş 41 yaşlı İ.Nağıyev tutulublar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]