Paytaxtın Yasamal rayonunda ərazi tullantılardan təmizlənir
Bakı, 18 yanvar, AZƏRTAC
Paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazinin aidiyyəti qurumların əməkdaşları tərəfindən tullantılardan təmizlənməsi işlərinə başlanıldığı müəyyən edilib.