Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pediatr: uşaqların hər il qripə qarşı peyvənd olunmasını tövsiyə edirik

Pediatr: uşaqların hər il qripə qarşı peyvənd olunmasını tövsiyə edirik

Bakı, 20 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında yayılan mövsümi infeksiyalar, bu virusların simptomları, uşaqların payız aylarında düzgün qidalanmalarının yolları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Əkbər müəllim, uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar hansılardır və əlamətləri nələrdir?

- Hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var.

Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahasızlıq kimi şikayətləri olur.

Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyunktivit) kimi əlamətlər olur.

İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edilir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddətində müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər.

- Övladı bu infeksiyalardan əziyyət çəkən valideynlər ilk növbədə nə etməlidir?

- Qeyd etdiyimiz infeksiyaların hər üçündə yanaşma simptomatikdir. Müalicə yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadəni və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahasızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.

İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yanlış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər.

- Tənəffüs yollarının xəstəlikləri mövsümündə uşağın düzgün qidalanması ilə bağlı fikirlərinizi bilmək istərdik...

- İmmunitetin yaranması üçün peyvənd nə qədər önəmlidirsə, qidalanmanın da yetərli və balanslı olması bir o qədər vacibdir. Yetərsiz və balanslaşdırılmamış qidalanma infeksion xəstəliklərə yoluxma riskini artırır və xəstəliyin gedişatını ağırlaşdırır. Nəzərə almalıyıq ki, xəstəlik dövründə uşaqlarda iştahasızlıq olur. Valideynlərə tövsiyə edirik ki, bu barədə bir qədər səbirli olsunlar.

Əsas məqsəd maye və mineral balansı təmin etməkdir. Xüsusilə də rotavirus, adenovirus zamanı daha böyük uşaqların qida rasionlarından ətli, yağlı, qızarmış və çətin mənimsənən qidalar çıxarılmalıdır. Buğda unundan hazırlanmış çörək, yağsız ət, qatıq, meyvə və tərəvəz kimi əlavə şəkər qatqısı olmayan yumşaq qidalar rasiona daxil edilməlidir.

Meyvə və tərəvəzdə olan A vitamini hüceyrələrin yenilənməsini təmin edir. C vitamini isə xəstəliklərə qarşı müqavimət formalaşdırır. Bu səbəblə A və C vitamini ilə zəngin kök, brokkoli, kabak, kələm kimi tərəvəzlər, meyvələrdən isə portağal, mandarin, alma, qreyfurt seçilməlidir. E vitamini də güclü antioksidant olduğu üçün immun sistemə müsbət təsir göstərir. Yaşıl tərəvəzlər, brokkoli, ispanaq, fındıq, fıstıq, badam və digər qidalarda E vitaminin dəyəri olduqca yüksəkdir. Bədən temperaturunun sabit saxlanılması və infeksion toksinlərin orqanizmdən xaric olunması üçün 1,5-2 litr maye qəbul olunmalıdır. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Enerji qaynağı kimi bəsit karbohidratlar olan rafinə edilmiş şəkər və şəkərli qidalar yerinə taxıl məhsullarına daha çox üstünlük verilməlidir.

Yetərli və balanslı qidalanma dedikdə 4 qida qrupunun birlikdə qəbul olunması önəmlidir: süd və süd məhsulları; qırmızı ət, toyuq, balıq; makaron, düyü, bulğur, qarğıdalı və s; meyvə və tərəvəz.

- Payız mövsümündə havalar tez-tez dəyişir. Dəyişkən havalarda uşaqları mövsümi infeksiyalardan necə qoruyaq?

- Payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir. Hər bir halda bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan istifadə etmək, ümumi gigiyena qaydalarına riayət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir. Bundan əlavə, uşaqların olduğu otağın havası tez-tez dəyişdirilməli, gün ərzində ən azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. Lakin yoluxma saylarını azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndlənmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağırlaşmalarının qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70-90 faizdir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik. Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər. Peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar.

Aşağıdakı qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur: bronx hiperreaktivliyi olan və bronxial astma olanlar; ürək-ağciyər xəstəliyi olanlar; xroniki davam edən xəstəliyi olanlar; immun sistemi zəif olan və tez-tez xəstələnən uşaqlar. Bununla belə, 6 aydan kiçik körpələrə və yumurta allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməməlidir.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Tovuzda qətl hadisəsi baş verib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb