Pəhləvanımız Murtuzəli Müslümov da finala vəsiqə qazanıb
Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
İslamiadanın sərbəst güləş yarışlarında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Murtuzəli Müslümov yarımfinalda Qırğızıstan idmançısı Ruslan Sadibakasov ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə 14:3 hesabı ilə qalib gələrək finalda iştirak hüququ əldə edib.