“Pekin-2022”: Norveç yığması medal sıralamasında önə keçib
Bakı, 13 fevral, AZƏRTAC
Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında lider dəyişib.
AZƏRTAC xəbər verir ki, Olimpiadanın arxada qalan on gününün nəticələrinə əsasən, Norveç yığması Almaniyanı qabaqlayaraq birinci yerə yüksəlib. Onun hesabında 9 qızıl, 5 gümüş və 7 bürünc medal var. İkinci sıraya enən Almaniya 8 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edib. İlk beşlikdə, həmçinin ABŞ (6, 5, 1), Niderland (6, 4, 2) və İsveç (5, 3, 3) yığmaları yer alır.
Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında bir pillə geriləyib. Hazırda səkkizinci yerdə qərarlaşan ÇXR yığması hesabına 4 qızıl, 3 gümüş və 2 bürünc medal yazdırıb. Hələlik yarışlarda yalnız 24 ölkə medal qazana bilib.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:52]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]