“Pekin-2022” Qış Olimpiya Oyunlarına xaricdən azarkeşlər buraxılmayacaq
Pekin, 30 sentyabr, AZƏRTAC
“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi məkanlara yalnız Çində yaşayan azarkeşlər buraxılacaqlar. Əcnəbi azarkeşlər COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə Çinə gələ bilməyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə oyunların təşkilat komitəsinin “Pekin-2022” zamanı anti-epidemik məsələlərə dair Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi tədbirlər toplusunda qeyd olunub. Qərarda oyunlarda iştirak edəcək atletlərlə bağlı bildirilib ki, COVID-19 virusuna qarşı peyvənd edilən idmançılar istisna olunmaqla, digər atletlər və heyət üzvləri Çinə daxil olduqdan sonra 21 gün müddətində karantin rejimində qalmalıdırlar. Peyvənd olunan və karantin dövrünü keçənlər sonrakı müddətdə qapalı nəzarət sisteminə cəlb ediləcəklər. Yanvarın 23-də işə başlayacaq və Paralimpiya Oyunlarının sonunadək davam edəcək sistem atletlərin Çinə giriş-çıxışı, nəqliyyat, yerləşmə, qidalanma, yarışlarda iştirak, açılış və bağlanış mərasimlərini əhatə edəcək. Atletlərin və heyət üzvlərinin yalnız yarış məkanlarına, məşq zallarına və oyunlarla bağlı digər yerlərə girişinə icazə verilir. Onlar müəyyən olunmuş məkanlardan kənara çıxa bilməyəcəklər.
Təşkilat komitəsi qəbul edilən qərarların atletlərin və heyət üzvlərinin sağlamlığının qorunmasına xidmət edəcəyini düşünür.
“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]