Pekin Myanmadan Çin vətəndaşlarının təhlükəsizliyini qorumağı tələb edib
Pekin, 15 mart, AZƏRTAC
Rəsmi Pekin hərbçilərin çevrilişindən sonra iğtişaşların davam etdiyi Myanmadan bu ölkədəki Çin vətəndaşlarının və şirkətlərinin təhlükəsizliyini qorumaq üçün əməli addımlar atmağı tələb edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien martın 15-də keçirdiyi mətbuat konfransında Myanmadakı Çin müəssisələrinin yandırılmasına münasibət bildirərkən belə deyib.
“Çin Myanmadakı bütün tərəfləri təmkinli olmağa, sabitliyi qorumağa, mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır”, - deyə Cao Licien bildirib.
Qeyd edək ki, Myanmada hərbi çevriliş əleyhinə martın 14-də keçirilən etiraz aksiyaları zamanı çinli sahibkarlara məxsus bir neçə müəssisədə yanğın törədilib. Həmin gün aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 38 nəfər həlak olub. Ölkənin müxtəlif şəhərlərində keçirilmiş aksiyalarda indiyədək 126 nəfər ölüb, 2156 nəfər həbs edilib, onlarla yaralı var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]