PELE RONALDUNU DÜNYADA ƏN YAXŞI FUTBOLÇU SAYMIR
AZƏRTAC xəbər verir ki, Braziliya futbolunun ulduzu, bütün zəmanələrin ən yaxşı futbolçusu Pele “Skay Sports”a müsahibəsində bildirmişdir ki, “Mançestr Yunayted”in yarımmüdafiəçisi Kriştianu Ronaldunu dünyanın ən yaxşı oyunçusu saymaq hələ çox tezdir. Ronaldu bu futbol mövsümündə yaxşı oyun nümayiş etdirir və ona görə də “Mançestr Yunayted” ilə yeni müqavilə imzalamışdır. Pele portuqaliyalının uğurlarını yüksək qiymətləndirsə də, 22 yaşlı futbolçunu vaxtından əvvəl tərifləməyi artıq sayır.
Pele demişdir: “Kriştianu Ronaldu hazırda yüksək səviyyəli oyun nümayiş etdirən futbolçulardan biridir, vəssalam. O, İngiltərədə yaxşı futbol göstərir. Kakaya baxın, doğrudanmı, onu daha pis oyunçu sayırsınız? Bu futbolçuların hər ikisi təxminən bərabər səviyyədə oynayırlar. 2-3 il əvvəlki Ronaldinyonu xatırlayın. Ronaldunu əfsanəvi oyunçularla müqayisə etmək tezdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]