PENTAQON BMT ƏMƏKDAŞLARINI QUANTANAMOYA EKSKURSİYAYA DƏVƏT EDİR
Pentaqonda bildirmişlər ki, BMT nümayəndələrinə bazada vəziyyətlə tanış olmağa, habelə komandanlığa və başqalarına suallar verməyə imkan yaradılacaqdır. Pentaqon bu yolla sübut etmək istəyir ki, onun “Quantanamoda gizlədiləsi bir şeyi yoxdur”. Buna baxmayaraq, qonaqlar məhbuslarla danışa bilməyəcəklər.
BMT əməkdaşlarının dəvəti qəbul edib-etməyəcəyi bazar ertəsi məlum olacaqdır.
Xatırladaq ki, Quantanamo hərbi bazasındakı həbs düşərgəsi 2002-ci ildə açılmışdır. Məhbusların əksəriyyəti Əfqanıstanda həbs edilmişdir. ABŞ-ın iddiasına görə, bazadakı adamlar hərbi əsirlər deyillər və buna görə də Cenevrə konvensiyasında nəzərdə tutulan hüquqlardan istifadə edə bilməzlər.
Son vaxtlar Quantanamodan buraxılanlar dəfələrlə açıqlamışlar ki, həbs düşərgəsində məhbuslar işgəncələrə məruz qalırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsi də ABŞ-ı “işgəncələrə bərabər metodlar” tətbiq etməkdə təqsirləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]