Pentaqon rəhbəri Şoyqu ilə birbaşa əlaqə saxlamağın zəruriliyini qeyd edib
Bakı, 17 noyabr, AZƏRTAC
ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə birbaşa əlaqə saxlamağın vacibliyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, Ostin vurğulayıb ki, o, Amerika rəhbərliyinin “dostlarla və düşmənlərlə danışmaq” imkanına malik olmasını vacib hesab edir. Onun sözlərinə görə, ABŞ belə kommunikasiya kanallarını açıq saxlamalıdır.
“Hətta Rusiya və Ukrayna arasında baş verən hazırkı münaqişənin ortasında belə, telefonu götürüb Rusiyanın müdafiə naziri ilə danışmaq imkanım oldu. İnanıram ki, bu, böyük bir fürsətdir”, - deyə Pentaqon rəhbəri vurğulayıb.
O, əlavə edib ki, ABŞ və Rusiya Federasiyası arasında ordu vasitəsilə təmasların davam etdirilməsi ölkələrə gələcəkdə müxtəlif geosiyasi böhranlardan çıxmağa kömək edə bilər. Bu baxımdan Ostin Vaşinqton və Moskva arasında oxşar əlaqələrin davam etdirilməsinin zəruriliyinə diqqət çəkdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]