Pentaqonda yaradılmış mikroçip COVID-19-un simptomları aşkar edilmədən onu “tanıyacaq”
Vaşinqton, 23 aprel, AZƏRTAC
Pentaqon alimlərinin yaratdığı yeni mikroçip insanda COVID-19 virusu olmasını bu xəstəliyin simptomları aşkar edilmədən onu “tanıya biləcək”.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, dəri altına yerləşdirilən bu qurğu insanın səhhətini izləməyə, virus və infeksiyaları aşkar etməyə, habelə COVID-19-un “yolunu kəsməyə” imkan verəcək.
ABŞ Müdafiə Nazirliyinin komandası tərəfindən yaradılmış bu qurğu simptomları insanın özündən tez aşkar edəcək. Milli səhiyyə xidmətinin məlumatına görə, bu xəstəliyin ən geniş yayılmış simptomları tez-tez öskürmək, yüksək hərarət, dadbilmə və iybilmə qabiliyyətinin itməsidir. Əgər insanda bu simptomlardan hər hansı biri varsa, o, müayinədən keçməli və təcrid olunmalıdır. Lakin araşdırmalar göstərib ki, COVID-19-a yoluxmuş insanlar başağrısı və yorğunluq kimi əlamətlərdən də əziyyət çəkə bilər. Bununla belə, pasiyentlərin təqribən üçdəbir hissəsində bu simptomların heç biri üzə çıxmır.
ABŞ Qida Məhsullarının və Dərmanların Keyfiyyətinin Sanitar Nəzarəti Administrasiyası təcili hallarda bu yeni qurğudan istifadə edilməsinə icazə verib. İndiyə qədər 300 pasiyentin müalicəsində yeni qurğu tətbiq olunub.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]