PENTAQONUN BAŞÇISI İRAQDA ABŞ QOŞUNLARININ ARTIRILACAĞINI İSTİSNA ETMİR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, Pentaqon yaxın gələcəkdə İraqdakı hərbi birləşmələrinin sayını artıra bilər. ABŞ-ın müdafiə naziri Donald Ramsfeld mətbuat konfransında bildirmişdir ki, hazırda qoşunların rotasiyası keçirilir, əvəz edilməli və evə qayıtmağa hazırlaşan bəzi hərbi hissələrin İraqda ləngiyəcəyi istisna olunmur.
ABŞ Silahlı Qüvvələri qərargah rəisləri komitəsinin sədri general Riçard Mayers isə bəyan etmişdir ki, İraqın cənubunda baş verən hadisələri ölkənin şiə əhalisinin ümumi üsyanı kimi səciyyələndirmək olmaz. Onun sözlərinə görə, koalisiya qüvvələrinə qarşı duranlar keçmiş rejimin bəzi tərəfdarları, xaricdən gəlmiş yaraqlılar və ekstremist ünsürlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]