PER LA ŞEZ QƏBİRİSTANLIĞININ 200 YAŞI TAMAM OLUR
1804-cü il mayın 21-də açılmış qəbiristanlıq əvvəllər 17 hektar sahəni əhatə etmiş, sonralar sahəsi genişləndirilərək 44 hektara çatdırılmışdır. İlk dəfə Molyer və La Fonten kimi məşhur söz ustalarının və tanınmış digər şəxslərin müxtəlif yerlərdə olan qəbirləri 1817-ci ildə Per La Şezə köçürülmüşdür.
Vaxtilə qəbiristanlığın yeri istirahət guşəsi olmuşdur. XIV Lüdovikin sevimli nağılçısı per Fransua d’Eks de La Şez 1626-cı ildə buranı özünə istirahət guşəsi seçmişdir. 1860-cı ildə qəbiristanlığa onun adı verilmişdir.
Bulon və Vənsen meşələrindən sonra Parisin ən yaşıl guşəsi hesab edilən qəbiristanlıqda 6 min müxtəlif ağac, 30 min büst və abidə vardır. Onlardan 12-si tarixi abidə hesab edilir. Həmin abidələrdən biri Paris kommunarlarının önündə güllələndiyi divardır.
Fransızların “Canlılar şəhərinin ürəyində ölülər şəhəri” adlandırdıqları qəbiristanlıqda hər il 1000 adam torpağa tapşırılır. Hazırda orada 1 milyon qəbir vardır. O.Balzak, A.Müsse kimi görkəmli yazıçıların, bəstəkar F.Şopenin, Edit Piaf, İv Montan, Jilber Beko tək məşhur müğənnilərin, onlarla tanınmış ictimai və siyasi xadimin dəfn olunduğu qəbiristanlığı hər il 2 milyondan artıq turist ziyarət edir.
Qəbiristanlığa 90 nəfər nəzarətçi qulluq edir.