Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı təqdim edilib
Bakı, 2 aprel, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında efirə çıxan “Dərs vaxtı” proqramı aprelin 2-nə olan cədvələ uyğun yayımlanıb. Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda mehmanxana inzibatçısı, sənayedə quraşdırma işləri üzrə usta, avtomobil diaqnostikası və təmiri, quru inşaat ustası, turizm sahəsində iaşə üzrə mütəxəssis, hesablama əməliyyatları ixtisasları üzrə dərslər təqdim olunub.
Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]