Peşəvər məscidində terror aktı: ölənlərin əksəriyyəti polislərdir
Bakı, 31 yanvar, AZƏRTAC
Pakistanın Peşəvər şəhərindəki məsciddə törədilən terror aktı nəticəsində həlak olanların və yaralananların əksəriyyəti polis işçiləridir.
AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, xəstəxanada yaralıları ziyarət edən Baş nazir Şahbaz Şərif partlayışın arxasında duranlara qarşı "sərt tədbirlər" görəcəyinə söz verib.
Qərb mətbuatının məlumatına görə, əvvəlcə Pakistan taliblərinin komandiri partlayışın məsuliyyətini üzərinə götürüb. Lakin sonradan “Təhrik-i-Taliban” qruplaşması Peşəvər məscidindəki partlayışda iştirakını inkar edərək bildirib ki, dini obyektlərə hücum onun siyasətinə ziddir.
Şəhərin ciddi mühafizə olunan ərazisində yerləşən sünni məscidində yanvarın 30-da törədilmiş terror aktı son illərdə Pakistan təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücumlardan biridir. Son məlumata əsasən, partlayış nəticəsində 90 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]