Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peterburq görüşü: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və ermənilərin siyasi riyakarlığı

Peterburq görüşü: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və ermənilərin siyasi riyakarlığı

Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşkil edilib. Müzakirələrin yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılıb. Bu məqam onu göstərir ki, Rusiya rəhbəri problemin həllində Moskvanın əsas söz sahibi ola biləcəyinə işarə edib. Həmsədrlər yalnız qəbul olunan qərarları dəstəkləyə bilərlər. Görüşdən sonra verilən bəyanatlarda müəyyən məsələlər üzrə ortaq nəticəyə gəlindiyi ifadə olunub. Maraqlıdır ki, bir sıra rusiyalı ekspert bu görüşdə V.Putinin öz siyasi nüfuzunu ortaya qoyduğunu düşünürlər. “Kommersant” qəzeti bununla bağlı fikirləri dərc edib. Hər bir halda, doğrudan da, həmin müzakirələrdə maraqlı məqamlar yer alıb. Azərbaycan Prezidenti öz müstəqil və qətiyyətli mövqeyini bir daha nümayiş etdirib. Serj Sarkisyan isə ənənəvi xahişçi, havadarlarından yardım diləyən rolunu oynayıb.

Sarkisyanın uğursuzluğu: erməni liderin Piter fiaskosu

Prezidentlərin Sankt-Peterburq görüşü baş tutdu. Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyan üz-üzə müzakirələr apara bildilər. Onların nəticələri haqqında artıq bir sıra fərqli analizlər aparılır. Ekspertlərin bu hadisəyə aşırı maraq göstərməsi başa düşüləndir. Çünki Vyanada olan görüşdən sonra tərəflərin Rusiyada danışıqları hansısa yeni məqamlardan xəbər verir.

Analitiklər hesab edirlər ki, bununla Kreml Cənubi Qafqazdakı münaqişələrin taleyinin ondan asılı olduğunu nümayiş etdirir (bax: məs., Путин сказал “стоп” / “Росбалт.ru”, 21 iyun 2016). Bu səbəbdəndir ki, diplomatlar Sankt-Peterburq görüşünü Minsk qrupunun fəaliyyətini “tamamlayan iş” kimi qiymətləndirirlər. O cümlədən, prezidentlər müzakirələrin yekunlarına dair yaydıqları bəyanatda “ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər” (bax: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub / AZƏRTAC, 20 iyun 2016).

Konkretliklərə gəldikdə isə, Ermənistan tərəfi tamamilə çaşqınlıq içindədir. Erməni ekspertlər faktiki olaraq Sankt-Peterburq görüşündə S.Sarkisyanın miskin vəziyyətə düşdüyünü vurğulayırlar. Özü də erməni liderin acizliyi iki mənada göstərilir. Birincisi, S.Sarkisyan Rusiyada səfərdə olarkən İrəvanda dövlət çevrilişinə hazırlıq görən terrorçular həbs edilib (bax: Саргсян наносит упреждающий удар / “Kavkazplus.com”, 20 iyun 2016). “Daşnaksütyun” partiyasının üzvü, Livan terrorçusu Jirayr Səfilyan və tərəfdarları S.Sarkisyanı satqınlıqda, “Arsaxı türklərə verməkdə” suçlayıblar. Deməli, Ermənistanda ölkə rəhbərinin yeritdiyi siyasəti qəbul etməyənlər çoxluq təşkil edir. Onlar yalnız terrorçulardan ibarət deyillər, sıralarında siyasətçilər də vardır. Bu o deməkdir ki, erməni cəmiyyəti Dağlıq Qarabağ məsələsində İrəvanın münaqişənin həlli üçün addım atmağa məcbur olduğunu hiss edir və buna etirazını bildirir.

İkincisi, bir sıra erməni analitik bunun əlamətlərinin Sankt-Peterburq görüşündə özünü göstərdiyini yazır. Məsələn, İqor Muradyan qeyd edir ki, S.Sarkisyan V.Putindən “münaqişəni tənzimləməyi xahiş etdi”, “İlham Əliyev isə torpaqların qaytarılması tələbini irəli sürdü” (bax: Игорь Мурадян. Что затеяли в Ленинграде / “Lragir.am”, 21 iyun 2016). Özü də V.Putin S.Sarkisyana “kömək edərik” cavabını verdikdən sonra təhqiredici gülümsəyib. İlham Əliyevlə isə çox ciddi fikir mübadiləsi aparılıb.

Bu fərqlərə görə ekspertlər hesab edirlər ki, Rusiya tərəfi Ermənistanı müstəqil dövlət kimi deyil, öz forpostu olaraq görməkdə davam edir və Azərbaycanla regionun ciddi dövləti kimi müzakirələr aparır. Təsadüfi deyil ki, Vladimir Putinlə İlham Əliyev görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi də aparıblar. S.Sarkisyanla isə heç bir müzakirə olmayıb. Putin-Sarkisyan danışığından sonra onların verdikləri bəyanatın mətnindən bu, aydın hiss olunur (bax: Президент Серж Саргсян в Санкт-Петербурге встретился с Президентом РФ Владимиром Путиным / “President.am”, 20 iyun 2016).

Dəyişməz mövqe: Prezident İlham Əliyev tələb edir

Əslində, prezidentlərin görüşündən sonra yayılan birgə bəyanatdan yuxarıda vurğulanan məqamları görmək mümkündür. Orada deyilir ki, tərəflər münaqişənin dinc yolla həlli üçün çalışacaqlar və nizamlamada inkişafa şərait yaradan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edilib. Bunun üçün uyğun atmosferin yaradılması, o cümlədən münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması haqqında razılığa gəlinib. Azərbaycan tərəfi bütövlükdə görüşü konstruktiv adlandırıb.

Bəyanatın məzmunundan da aydın olur ki, sülh müzakirələrinin gedişində anlaşma istiqamətində addım atılıb. Bu kontekstdə münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsini qeyd edə bilərik. Bundan əlavə, Azərbaycanı qane edən şərtlər daxilində danışıqların davam etdirilməsi və vəziyyət üzərində nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı təbii ki, cəbhə xəttində obyektiv nəzarətin olmasında maraqlıdır. Çünki onda erməni təxribatları açıq bilinəcək. İrəvanın illərdir dünya ictimaiyyətini aldatdığı məlum olacaq.

Bununla yanaşı, onu vurğulayaq ki, yuxarıda qeyd olunan məqam Azərbaycanın öz torpaqlarını azad etmək hüququndan məhrum olması anlamına gələ bilməz. Azərbaycan Prezidenti Sankt-Peterburqda birbaşa bəyan edib: “Əlbəttə, bugünkü əsas diskussiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. ...Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır...” (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü / AZƏRTAC, 20 iyun 2016).

Bu fikirlərdən aydın görünür ki, Azərbaycan Prezidenti səmərəli vasitəçilik edən hər kəsə qarşı kifayət qədər diqqətlidir. Onunla əməkdaşlığa hazırdır. Ancaq mühüm bir məqam vardır. Ölkə rəhbəri görüşdən bir neçə gün əvvəl ifadə edib ki, “əgər kimsə fikirləşirsə ki, biz sonrakı 20 il üçün də mənasız danışıqlar aparacağıq, çox ciddi səhv edir” (bax: Итоги переговоров: Азербайджан и Россия загнали Саргсяна в угол / “Day.az”, 20 iyun 2016). Deməli, Bakı bütün hallarda torpaqların azad edilməsi prinsipindən geri çəkilməyəcək. Əslində, bunu Ermənistan tərəfi də yaxşı bilir. Azərbaycan Ordusunun cəbhəyə yaxın bölgələrdə hərbi təlimlərindən təşvişə düşən Ermənistan havadarlarına yalvarır ki, hərbi toqquşmalara imkan verməsinlər.

Bütün bunların əsasında prezidentlərin Sankt-Peterburq görüşünün yekunları haqqında ümumiləşdirmələr apara bilərik. Hər şeydən əvvəl, Azərbaycan rəhbəri qətiyyətli mövqeyini ortaya qoyub. Bunu açıq deməsə də, Rusiya Prezidenti də qəbul edib. Moskva Azərbaycanın istənilən vasitə ilə ərazi bütövlüyünü bərpa edəcəyini bilir. Digər tərəfdən, Serj Sarkisyan tam əmin oldu ki, rəsmi Bakı torpaq məsələsində İrəvana güzəştə getməyəcək. Görüşlərin hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Azərbaycan rəhbərliyi öz haqlı tələbini edəcək. Bu mənada münaqişənin ədalətli həllindən başqa çıxış yolu yoxdur. İndi ermənilərin havadarları münaqişəni dondurmağa çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz. Atəşkəsin ömrü torpaqların işğaldan azad edilməsi müddəti ilə ölçülür. Bu baş verməsə, Azərbaycan başqa vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Məhz buna görədir ki, Peterburqda S.Sarkisyan əsas olaraq atəşkəsə nəzarət və hərbi əməliyyatların olmamasından danışıb. Ermənilər bununla status-kvonu qeyri-müəyyən müddətə qədər uzatmaq fikrindədirlər. İlham Əliyev isə açıq bəyan edib ki, daha 20 il nəticəsiz danışıqlar aparmayacaq. Yəni Azərbaycan rəhbəri erməni tərəfinin siyasi-diplomatik hiyləsini çox yaxşı anladığını və bunun qarşısını almaqda qərarlılığını bildirib.

Beləliklə, Peterburq görüşünün qalibi birmənalı olaraq İlham Əliyevdir. Azərbaycan dövlət başçısı həm Rusiya ilə iqtisadiyyat və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək, ümumiyyətlə, iki ölkə arasında ticarət dövriyyəsini artırmaqla bağlı Vladimir Putinlə fikir birliyinə nail olub, həm də Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakının iradəsini bir daha ortaya qoyub. Bunun fonunda isə S.Sarkisyan adəti üzrə V.Putindən kömək diləyib.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb VİDEO

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat VİDEO

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar