Pilotsuz uçuş aparatları ilə bağlı icazə sistemi sadələşdiriləcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Pilotsuz uçuş aparatlarının icazə sistemi kifayət qədər sadələşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 24-də keçirilən iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, pilotsuz uçuş aparatlarının kiçik həcmdə olanları böyük təhlükə yarada bilir. Bir neçə santimetr uzunluğunda olan pilotsuz uçuş aparatları var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilirlər.
“Pilotsuz uçuş aparatlarının idxalında bir neçə dövlət orqanından icazə almaq lazım gəlir. Bu isə prosesin uzanmasına gətirib çıxarır. Bu aparatın texnologiyasının öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda, düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır”, - deyə Tahir Mirkişili qeyd edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]