Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb
Bakı, 2 yanvar, AZƏRTAC
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]