Pirşağıda kanalizasiya kollektorlarının tikintisi zamanı təhlükəsizlik tədbirləri tam təmin olunub - Açıqlama
Bakı, 8 iyul, AZƏRTAC
Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi həyata keçirilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, sahə mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə təmin edilib.
Agentlikdən qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Pirşağı qəsəbəsində gecə saatlarında baş vermiş nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırma aparılması və rəsmi açıqlamanın alınması üçün aidiyyəti quruma müraciət olunması məqsədəuyğundur.