PİYADA HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
Ələt-Yevlax yolunun 36-cı kilometrliyində, Hacıqabul rayonu Pirsaat kəndi ərazisində isə Mingəçevir şəhər sakini Yahuzə Səlimov Bakı-Mingəçevir marşrutu ilə idarə etdiyi “İkarus-250” markalı sərnişin avtobusunu aşırmışdır. Nəticədə xəsarət almış 9 sərnişin xəstəxanaya yerləşdirilmişdir. Onlardan 7 nəfəri ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, 2-nin vəziyyəti isə qənaətbəxşdir.
Faktlarla bağlı təhqiqat aparılır.