PİYADA XƏSTƏXANADA KEÇİNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Nizami rayonunun Qara Qarayev prospektində Xırdalan qəsəbə sakini Füzuli Əlvəndov “ZİL” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Əbülfət Zərbəliyevi vurmuşdur.
Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Zərbəliyev orada keçinmişdir.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Bakı şəhər sakini Səyyub Nadirov “Mersedes” markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, sürücü hadisə yerində ölmüş, xəsarət almış 4 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir.