POÇT RABİTƏSİNİN İNKİŞAFINA 12,25 MİLYON DOLLAR VƏSAİT XƏRCLƏNƏCƏK
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit müqaviləsinə əsasən, poçt rabitəsinin inkişafına 12,25 milyon ABŞ dolları xərclənəcəkdir. Bu vəsaitlə poçt sistemi tamamilə yenidən qurulacaq və modernləşdiriləcəkdir. Poçtlar vətəndaşlara bank, internet və informasiya xidmətləri göstərəcək, pul köçürmələri, ödəmələri və digər maliyyə əməliyyatlarını həyata keçirəcəkdir. Əhaliyə pensiya və digər müavinətlər, habelə mikrokreditlər bankomatlar vasitəsilə çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]